"Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub

Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 11,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
8 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,1 milyon ABŞ dolları), Lüksemburq (2,3 milyon ABŞ dolları), Nigeriya (569,5 min ABŞ dolları), Türkiyə (537,9 min ABŞ dolları) və İsveç (530,4 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.
Təkcə avqustda isə "Azərkosmos"35 ölkəyə 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-09-2025, 10:44