mobil versiya

Kiyevdə borca görə azərbaycanlının dilini kəsdilər - VİDEO



Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramı 79 yaşlı Bağda ananın istəyilə 27 ildir üzünə həsrət qaldığı oğlunu tapsa da, ana oğluna qovuşa bilməyib. Əflatun 30 il bundan əvvəl ailəsini tərk edib. Hərbi xidmətdən döndükdən sonra işləmək məqsədilə Ukraynaya gedib. 

BAKU.WS
xəbər verir ki, 2012-ci ildən axtarışlarına başlanan Əflatun tanınmayan Luqansk Xalq Respublikasında tapılıb.

Aparıcı anaya oğlunun rus qadınla evləndiyini və Azərbaycana geri qayıtmaq istəmədiyini xəbər verir:

"Aylardır gələcəm deyib, bizi aldadır. Bur rus qadınla bərabərdir. Özünün uşağı yoxdur, rus qadının balalarını saxlayır. Deyir, bu uşaqları qoyub, anamın yanına getmərəm. Dedik ki, biletinizi alıb həyat yoldaşını da, rusun uşaqlarını da gətirirəm. Bu dəfə dedi ki, mən Kiyevə gedə bilmərəm, çünki mənim Kiyevdə çox borcum var. 

O qədər borcu var ki, hətta borca görə oğlunun dilini kəsiblər.  Deməyəcəkdim, amma bunları deməyə məcburam. Sonra dedi ki, Ukraynaya gedə bilmərəm. Söz verdik ki, səni elə aparacağıq ki, heç kimsə görməyəcək. Ondan sonra dedi ki, ümumiyyətlə getmək istəmirəm".


KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 56 Tarix: 10-10-2019, 18:12


Şərh bildir
yenilə, əgər kod görünmürsə