mobil versiya

Pekində 30 mindən çox insan təxliyə edilib



Pekinin hakimiyyət orqanları aramsız leysan yağışların səbəb ola biləcəyi daşqın təhlükəsi ilə bağlı təcili tədbirlər görür.
Çin Mərkəzi Televiziyası xəbər verir ki, ÇXR paytaxtının təhlükəli ərazilərindən 31 mindən çox insan təxliyə edilib.
Yerli meteorologiya xidmətinin məlumatına görə, ən şiddətli yağışlar paytaxtın cənub-qərbinə yağır. Belə ki, sutka ərzində Fanşan rayonuna 350 millimetr yağıntı düşüb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Pekinin Şoudu beynəlxalq hava limanında 92 aviareys ləğv olunub.
Pekin administrasiyasından bildiriblər ki, aramsız yağışlarla əlaqədar şəhərdə tikinti işlərinin dayandırılıb. Səlahiyyətli orqanlar daşqınların qarşısını almaq üçün təcili tədbirlər görür.

KARUSEL / DÜNYA
Tarix: 31-07-2023, 11:25