mobil versiya

Moskvada güclü partlayış olub, 45 nəfər yaralanıb



Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
TASS xəbər verir ki, partlayış Zaqorsk optik-mexanika zavodu ərazisində, qazanxana hissəsində baş verib. Partlayış dalğasından ətrafdakı bir neçə binanın şüşələri sınıb.
Baş verən partlayış nəticəsində yaralananların sayı 45-ə çatıb.
Qeyd edək ki, Sergiyev Posad Moskvadan təqribən 50 km şimal-şərqdə yerləşir.

KARUSEL / DÜNYA
Tarix: 9-08-2023, 14:21