mobil versiya

Bu gün "Qarabağ" Finlandiyanın HİK klubu ilə oynayacaq



Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Azərbaycanın "Qarabağ" klubu Finlandiyanın HİK klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.
Bundan əlavə, bu gün Avropa Liqasında "Jalgiris" - "Hekken", "Slavia" (Praqa) - "Dnepr-1", "Şerif" - BATE, "Zrinski Mostar" - "Breydablik", "Olimpiakos" - "Genk" oyunları da keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 10-08-2023, 09:23