mobil versiya

“Abituriyent” jurnalının 4-cü nömrəsini və xüsusi buraxılışları onlayn əldə etmək mümkündür




“Abituriyent” jurnalının 4-cü nömrəsi və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” (II və III ixtisas qrupu) xüsusi buraxılışları pdf formasında onlayn satışa verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, jurnalların elektron versiyasını (pdf formatda) Mərkəzin saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
Xatırladaq ki, “Abituriyent” jurnalının 4-cü nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışlarında isə II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-08-2023, 14:55