mobil versiya

Nazir Hindistanda beynəlxalq konfransın açılışında iştirak edib



Gənclər və idman naziri Fərid Qayıbov Hindistanın Nyu Dehli şəhərinə səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, F.Qayıbov əvvəlcə Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən "Antidopinqdə inklüziv landşaftın yaradılması" beynəlxalq konfransının açılış mərasiminə qatılıb.
Həmçinin Nyu Dehlidə İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının (COP9) IX Sessiyası Bürosunun ikinci rəsmi iclası təşkil edilib. Fərid Qayıbov tədbirdə COP9 Bürosunun vitse-prezidenti kimi təmsil olunub.
Qeyd edək ki, COP9 Bürosunun birinci rəsmi iclası bu il martın 5-6-da Bakıda baş tutub.

KARUSEL / İDMAN
Tarix: 19-09-2024, 10:53