Gürcüstanın Baş konsulu Azərbaycanın Şimal bölgəsinə səfər edib

Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze konsulluğun əhatə dairəsinə daxil olan Şəki, Qax, Zaqatala və Balakən rayonlarında olub.
Səfər çərçivəsində Baş konsul rayon rəhbərləri ilə tanışlıq görüşü keçirib, Qaxdakı Müqəddəs Georgi kilsəsi ziyarət edib.
Görüşdə iki strateji tərəfdaş ölkənin müxtəlif sahələrdə mövcud olan dostluq və qardaşlıq münasibətləri müzakirə olunub. Vurğulanıb ki, Gürcüstan-Azərbaycan sıx və səmərəli əməkdaşlığı birgə təşəbbüslə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə ölkələrin sabit inkişafına və regionda sülhün bərqərar olmasına töhfə verir. Tərəflər qardaş şəhərlər və rayonlar arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirib. Qeyd olunub ki, bütövlükdə dövlətlərarası münasibətlərin inkişafına regionlar arasında əməkdaşlıq müsbət təsir göstərəcək, bu baxımdan hər iki tərəfdən yeni təşəbbüslər və yanaşmalar tələb edən böyük potensial var.

Reportyor.az

KARUSEL / ÖLKƏ
Tarix: 19-09-2024, 16:53