mobil versiya

Gürcüstanın Gəncədəki Baş konsulu türkiyəli həmkarıyla görüşüb



Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze Türkiyə Respublikasının Gəncədəki baş konsulu Receb Öztop ilə tanışlıq görüşü keçirib.
Receb Öztop Kaxaber Abdaladzeni baş konsul təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Gürcüstan və Türkiyə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdə səmərəli əməkdaşlıqdan söhbət açılıb. Üç ölkə - Gürcüstan, Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığı qeyd olundu.
Vurğulanıb ki, Gürcüstan-Azərbaycan-Türkiyə sıx və səmərəli əməkdaşlığı, birgə irimiqyaslı enerji və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi regionun sabit inkişafına töhfə verir.
Görüşün sonunda Gürcüstanın baş konsulu Kaxaber Abdaladze səmimi qəbula görə Türkiyə Respublikasının baş konsulu Receb Öztopa təşəkkür edib və rəmzi hədiyyələr verib.
KARUSEL / DÜNYA
Tarix: 22-08-2024, 15:57