mobil versiya

Azərbaycan və Gürcüstan Baş nazirləri telefonla danışıb



Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bu gün baş tutan telefon danışığı zamanı Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.

KARUSEL / SİYASƏT
Tarix: 9-02-2024, 15:43