mobil versiya

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarını təbrik edib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

REPORTYOR.AZ xəbər verir ki, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.


KARUSEL
Tarix: 26-05-2021, 17:30