mobil versiya

Xəzər İnşaat Həftəsi işə başlayır



Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat - “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku” sərgilərini birləşdirən Xəzər İnşaat Həftəsi işə başlayır.
Ooktyabrın 19-dan 21-dək keçiriləcək sərgidə 23 ölkədən 391 şirkət iştirak edir. Bu isə ötən illə müqayisədə 20 faiz artım deməkdir.
Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alır. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunurlar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-10-2023, 10:21