mobil versiya

Belarusda taktiki təlimlər başlayır



Aprelin 9-da Belarusda döyüş atışlı taktiki təlimlər başlayacaq.
Belarus KİV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, təlim aprelin 11-dək davam edəcək.
Təlim Belarus Silahlı Qüvvələrinin hərbi hissələrinin döyüş hazırlığının kompleks sınaqları çərçivəsində Vitebsk, Qrodno, Brest və Mogilyov vilayətlərindəki keçiriləcək.
Belarusun Müdafiə Nazirliyi vurğulayıb ki, bu, ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının yoxlanılmasında əsas mərhələdir.(report)

KARUSEL / DÜNYA
Tarix: 9-04-2024, 10:13