mobil versiya

Əməkdar incəsənət xadimi Nigar Usubovanın anadan olmasından 110 il keçir



Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın anadan olmasının 110 ili tamam olur.
Nigar Usubova 1914-cü il mayın 2-də Qazaxda anadan olub. O, Azərbaycan Dövlət Sənaye İnstitutunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1952-ci ildən ömrünün sonunadək bu tədris ocağında çalışıb.
Nigar Usubova Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, iki dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Görkəmli pianoçu 1995-ci ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-05-2024, 10:20