mobil versiya

Bu gün İslam Səfərlinin anadan olmasının 101 ili tamam olur



Bu gün Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 101 ili tamam olur.
İslam Səfərli 1923-cü il fevral 12-də Naxçıvanda anadan olub. O, oçerk, novella, libretto, kinossenari və məqalələr müəllifi kimi tanınıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” əsərləri əsasında hazırlanan tamaşalar böyük tamaşaçı rəğbəti qazanıb. Şairin sözlərinə “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı” və digər mahnılar bəstələnib. Onun 18 kitabı işıq üzü görüb. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, yaşadığı binaya barelyefi-xatirə lövhəsi vurulub.
İslam Səfərli 1974-cü ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-02-2024, 16:53