Sabit Rəhmanın anadan olmasından 114 il keçir
Bu gün Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 114 ili tamam olur.
Sabit Rəhman 1910-cu il martın 26-da Şəkidə anadan olub. O, 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında “Şeyx Samit” imzası ilə dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərinin, “Nina”, “Böyük günlər” romanlarının, “Hicran”, “Ulduz” musiqili komediyalarının müəllifdir. Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazıb. O, təkcə nasir, dramaturq kimi yox, kinossenarist kimi də uğur qazanıb. Məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, habelə “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.
Əməkdar incəsənət xadimi Sabit Rəhman 1970-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-03-2024, 15:16