mobil versiya

Bəşir Səfəroğlunun anadan olmasından 99 il keçir



Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 99 ili tamam olur.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda anadan olub. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb, ilk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Bəşir Səfəroğlu 1969-cu ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-03-2024, 15:09