Qarşıdakı iki ayda Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq
Füzuli şəhərində artıq 527 ailə məskunlaşıb. Bu, təqribən 2000 nəfərə yaxın insan deməkdir.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Bəşir Hacıyev əlavə edib ki, qarşıdakı iki ayda Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq.
Qeyd edək ki, hazırda köç prosesi davam edir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-02-2024, 16:03