mobil versiya

Füzulidə əmək yarmarkası keçirilir



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərdə keçirilən ilk Əmək yarmarkasıdır.
Yarmarkada işğaldan azad olunan ərazilərdə 20 müəssisə üzrə 200-ə yaxın vakansiya təklif olunur.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-11-2023, 11:47