Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasından 127 il keçir
Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 127 ili tamam olur.
Ağasadıq Gəraybəyli 1897-ci il martın 15-də Şamaxıda anadan olub. O, “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır. Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülüb.
Xalq artisti 1988-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-03-2024, 15:40