Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.
Dünya səyyahı Jorn Augestad başçılıq etdiyi heyətdə gənclər üstünlük təşkil edir. Onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.
Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onların vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.
KARUSEL / ÖLKƏ
Tarix: 2-05-2024, 11:08