Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Reportyor.az xəbər verir ki, bu barədə Trend-ə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, iclas saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclası 27 fevral tarixində baş tutub. İclasda 100-dən çox müraciətə baxılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2025, 11:24



























