mobil versiya

DİN: "Cinayətkarlar dayanmır..."




"Cinayətkarlar dayanmır, bank kart sahibləri isə şəxsi məlumatları naməlum şəxslərə göndərməkdən çəkinmirlər. Nəticədə zərər, cinayət baş verir. Yenə də dünən vətəndaşların bank kartlarından 39504 manat və 595 dollar talayıblar". 

Reportyor.az xəbər verir ki, DİN növbəti dəfə kiberdələduzluqlarla bağlı vətəndaşlara müraciət edib. 

Bildirilir ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
KARUSEL / HADİSƏ
Tarix: 10-04-2025, 10:54