Belarus Baş naziri Azərbaycana rəsmi səfərə gəlir

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.
Reportyor.az xəbər verir ki, səfər çərçivəsində Belarus Baş nazirinin Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşləri gözlənilir. Nəticələrə əsasən, bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Belarus hökumətinin başçısı Azərbaycanın azad olunmuş ərazilərdə bərpa etdiyi bir sıra obyektlərə baş çəkəcək.
KARUSEL / SİYASƏT
Tarix: 5-05-2025, 09:37