mobil versiya

Meksikada ilk Mayya hökmdarının sərdabəsi tapılıb






Hyuston Universitetinin arxeoloqları Beliz Arxeologiya İnstitutu ilə əməkdaşlıq şəraitində Meksika ərazisində yerləşən qədim Mayya şəhəri Karakolun bilinən ilk hökmdarı Te K'ab Çaakın 1600 illik sərdabəsini aşkar ediblər.

“Smithsonian Magazine” jurnalının məlumatına görə, tapıntı dörd onillikdən çox davam edən qazıntılar zamanı ərazidə tapılan ilk hökmdar məzarıdır.
Te K'ab Çaak 331-ci ildə Karakol taxtına çıxıb və eyni mənbənin verdiyi məlumata görə, şəhərin 460 ildən çox davam edən kral sülaləsinin qurucusu kimi tanınır.
Sərdabə 141 fut hündürlüyündə olan və bu gün Belizdəki ən hündür tikililərdən biri olaraq qalan “Sky Place” kimi tanınan şəhərin nəhəng piramidası olan “Kaana”nın dərinliklərində tapılıb. Onun içərisində arxeoloqlar on bir keramik qab, zinət əşyaları, mozaik maska, Sakit okean spondilinin qabıqları, oyma sümüklər də daxil olmaqla bir sıra qurban ayini əşyaları və xəzinə aşkar ediblər.
Kəşf, həmçinin Meksikanın mərkəzində, təxminən 750 mil məsafədə yerləşən Karakol və uzaq Teotihuakan şəhəri arasındakı əlaqələrə də işıq salır. Bu tapıntılar Mayya şəhərlərindəki ilk kralların, o cümlədən Te K'ab Çaakın Teotihuakan ilə rəsmi diplomatik münasibətlərdə olduğunu göstərir.(Azərtac)

MARAQLI / KARUSEL
Tarix: Bu gün, 17:03