mobil versiya

Üzərliktəpədə böyük arxeoloji materiallar tapılıb - Abbas Seyidov


Qarabağın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı işlər aparılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.
Onun sözlərinə görə, keçən il Ağdamda 4 min illik qədim şəhər yeri olan Üzərliktəpədə 8 ay davam edən arxeoloji qazıntı işləri görülüb.
"2400 kv. metrdən artıq ərazi tədqiq olunub. Oradan həddən artıq böyük arxeoloji materiallar tapılıb. Şəhərin tikinti və təsərrüfat qalıqları var. Metaləritmə sobalarının, keramik qablar hazırlamaq üçün sobaların qalıqları var. İlk dəfə 1950-ci illərdə Üzərliktəpədə qazıntı işləri aparılıb. Lakin o vaxtın qazıntısı ilə indiki təbii ki, bir deyil. İndi texnologiya həddən artıq müasirləşib. Biz artıq müasir avadanlıqlarla torpağın altında tikinti qalıqları olub-olmadığını görürük”, - deyə A.Seyidov bildirib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 23-05-2023, 18:37