Azıx mağarasında tədqiqat aparılması üçün işçi qrup yaradılıb
Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaradılıb.
Bunu Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.
Onun sözlərinə görə, artıq ekspedisiyanın tərkibi də hazırdır: "Beynəlxalq ekspertlərlə də danışıqlar aparılıb. Müvafiq tapşırıq veriləndən 15 gün sonra Azıx mağarasında tədqiqatların aparılması düşünülür. Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq”.
A. Seyidov bildirib ki, Tağlar mağarasında da tədqiqatlar aparılacaq.
KARUSEL / CƏMİYYƏT

Tarix: 23-05-2023, 17:35