Ramiz Mehdiyevin yeni proqramı
"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur".
REPORTYOR.AZ xəbər verir ki, bunu AMEA-nın akademik-katibi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər: "Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb".
O qeyd edib ki, tədqiqat apararkən AMEA dünya elmində aktuallıq sahələrinin inkişafı üçün insan resurslarına və maliyyə mənbələrinə diqqət yönəldəcək.
"AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı qəbul edildi. Proqram akademiyanın inkişafı ilə bağlı vacib məqamları əks etdirir. Eyni zamanda prioritet sahələrin müəyyənləşdirilməsi və resursların əsasən bu sahələrdə cəmləşdirilməsi planlaşdırılır", - Sadıqov deyib.
Ə. Sadıqov əlavə edib ki, hazırda dünya elminin ən aktual sahələri nanotexnologiya, molekulyar biologiya, informasiya texnologiyaları və s.
"Bununla yanaşı, ölkənin sosial-iqtisadi inkişafındakı tendensiyalardan irəli gələn məsələlərlə əlaqədar tədqiqat da aktualdır. Bunun üçün tətbiqi tədqiqat tələb olunur. Buna görə də yaxın illərdə yuxarıda göstərilən sahələrdə tədqiqat işləri aparılacaqdır", - deyə Əminağa Sadıqov yekunlaşdırıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-02-2020, 19:50