86 yaşlı Akif Əlizadə istefasının səbəbini açıqladı
İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur.
REPORTYOR.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib:
“Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.
MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 23-10-2019, 10:15