mobil versiya

AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru vəzifəsinə təyinat olub.
Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müvafiq sərəncamı ilə YT Parkın direktoru vəzifəsinə geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov təyin edilib.
Qeyd edək ki, S.Məmmədov bundan əvvəl YT Parkın infrastruktur üzrə direktor müavini vəzifəsində çalışırdı.

İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 21-08-2019, 10:26