mobil versiya

TAP-ın direktoru: "Yaxın illərdə qaz ölkələrin enerji balansında aparıcı rol oynayacaq"


Yaxın illərdə qaz ölkələrin enerji balansında aparıcı rol oynayacaq.

Reportyor.Az Trend-ə istinadən bildirir ki, bunu TAP konsorsiumunun direktoru Luka Skyeppati deyib.
O bildirib ki, qaz ölkələrin enerji istehlakında və istehsal strukturunda vacib resursdur.
L.Skyeppati əlavə edib ki, nəqliyyat vasitələri iqtisadiyyatın dekarbonizasiyasında vacib rol oynayır:
"Təbii qazla işləyən minik və yük avtomobilləri, gəmilər havanın çirklənməsinin əsas səbəbi olan xırda tozların aradan qaldırılmasına öz töhfəsini verir".

MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-07-2019, 14:18