mobil versiya

Bakıda klinika direktoru arvadını güllələyib






Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

Bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***
16:24

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.
Apa-nın əldə etdiyi məlumata görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.

Reportyor.az


KARUSEL / HADİSƏ
Tarix: Dünən, 17:19