mobil versiya

Keniyanın şərqində partlayış nəticəsində 3 Keniya əsgəri həlak olub








Ölkənin şərqində baş verən partlayışda 3 Keniya əsgəri həlak olub.

Keniya hərbçiləri bu gün verdiyi açıqlamada ölkənin şərqində, Somali sərhədi yaxınlığında bir yolda patrul xidməti apararkən baş verən partlayışda 3 əsgərin öldüyünü bildirib. Açıqlamada qeyd edilib ki, əldəqayırma partlayıcı qurğu çərşənbə axşamı Somali sərhədindən 12 kilometr aralıda yerləşən sahil şəhəri Sankuri ilə Kiunqa arasındakı yolda partladılıb.

Əl-Qaidə ilə əlaqəli Əl Şabaab hərəkatı öz internet saytında hərbi konvoyu hədəf alan partlayış nəticəsində ən azı iki Keniya əsgərinin öldüyünü və digərlərinin yaralandığını, lakin partlayışa görə birbaşa məsuliyyəti üzərinə götürmədiyini bildirdi.

Reportyor.az




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:33