Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 14:43