Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti martın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:18