Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

Reportyor.az bildirir ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Naxçıvan MR, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 19-02-2025, 14:15