Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Gədəbəy, Göygöl, Qazax, Tovuz, Samux, Ağstafa, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Saatlı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, İsmayıllı, Ağsu, Şamaxı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında eyni zamanda Daşkəsən, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Bərdə, Yevlax, Neftçala, Hacıqabul, Ağcabədi, Mingəçevir, Qusar, Qobustan, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 13-05-2025, 16:53