mobil versiya

Ceyhun Bayramov İraqa gedib




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İraq Respublikasına rəsmi səfərə yola düşüb.
 
Reportyor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

KARUSEL / SİYASƏT
Tarix: 7-05-2025, 09:24