Rəsmi Bakı Trampın Qəzza münaqişəsinni həllinə dair hərtərəfli planını dəstəkləyib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza Münaqişəsinin Həllinə dair Hərtərəfli Planın elan olunmasını alqışlayır.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Dayanıqlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Məhbusların və girovların dəyişdirilməsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması etimad yaratmaq və gərginliyi azaltmaqla uzunmüddətli sabitləşməyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.
Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 13:02