İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.
Reportyor.az

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 18:27