mobil versiya

BMT baş katibi bütün tərəfləri Trampın Qəzza planına sadiq qalmağa çağırıb




Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres çərşənbə axşamı günü bütün tərəfləri ABŞ prezidenti Donald Trampın təqdim etdiyi Qəzza sülh planına sadiq olmağa çağırıb.

Quterreşin sözçüsü Fərhan Haq açıqlamasında "bütün tərəflərin razılığa və onun yerinə yetirilməsinə dair öhdəlik götürməsi çox vacibdir... O, dərhal və daimi atəşkəs çağırışını bir daha təkrarlayır” deyib.

Trampın planı atəşkəs, HƏMAS tərəfindən girovların 72 saat ərzində azad edilməsi, HƏMAS-ın tərksilah edilməsi və İsrailin Qəzzadan tədricən çıxarılması, ardınca isə Trampın özünün başçılıq etdiyi müharibədən sonrakı keçid hakimiyyətini tələb edir.

Dünya gücləri, o cümlədən ərəb və müsəlman dövlətləri bu təklifi alqışlasa da, HƏMAS hələ də öz cavabını açıqlamayıb.

Tramp bazar ertəsi Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra razılaşmanı açıqlayıb.

Çərşənbə axşamı günü adının açıqlanmasını istəməyən bir fələstinli mənbə bildirib ki, HƏMAS həm Fələstin daxilində, həm də xaricdə siyasi və hərbi rəhbərlikləri çərçivəsində planla bağlı məsləhətləşmələrə başlayıb.

“Mürəkkəbliyə görə müzakirələr bir neçə gün çəkə bilər”, - mənbə bildirib.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Dünən, 20:30