Bakıda Mahatma Qandinin anadan olmasının 156-cı ildönümü qeyd olunub

Hindistanın Bakıdakı səfirliyində Mahatma Qandinin anadan olmasının 156-cı ildönümü qeyd edilib.
Səfir Şri Sridharan Madhusudhanan və Missiyanın rəsmiləri Bapunun Ahimsa (zorakılıq etməmək) və Satyagraha (həqiqət və möhkəmlik) təlimlərinə hörmətlə yanaşaraq Mahatma Qandiyə gül dəstələri düzüblər.

Bundan başqa, Qandi Cayanti qeyd etmələri ərəfəsində Səfirliyinin binasının həyətində səfir Sridharan Madhusudhanan tərəfindən “Ek Ped Maa Ke Naam” mövzusu altında Küknar tingi əkilib.

Həmçinin, İdrak Liseyi beynəlxalq məktəbinin şagirdlərinə Mahatma Qandinin həyatına əsaslanan kitablar paylanılıb.
Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 16:43