mobil versiya

Valeh Kərimov: "Azərbaycan incəsənəti Ramiz Əzizbəylini itirdi"




"Azərbaycan incəsənətinə böyük itki üz verib. Sanki fəlakət bu il incəsənətimizi bürüyüb. Ramiz Əzizbəyli istedadlı, hərtərəfli insan idi. Rejissor, aktyor, müəllim kimi tanınırdı."

Bu sözləri açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. O, aktyorun vəfatı ilə bağlı dərin kədər hissi keçirdiyini deyib:

"Onunla xəstəxanaya getməzdən əvvəl əlaqə saxlamışdım. Müalicə aldığı xəstəxanaya gedə bilmirdim, icazə verilmirdi.

Danışanda özünə təskinlik verirdi. Azərbaycan incəsənəti onu itirdi. 1960-1970-ci illərin sənətkarlarının hamısı bu il vəfat etdi. Gözəl aktyor idi. Rollarını görmüşdünüz. Allah rəhmət etsin".
SON XƏBƏR / KARUSEL
Tarix: 10-06-2021, 10:37