Müğənni Səmra Rəhimli növbəti geyimi ilə diqqət çəkdi – FOTOLAR
Müğənni Səmra Rəhimli növbəti geyimi ilə adından söz etdirib.
Cazibədar gənc ifaçı bu dəfə daha açıq saçıq geyimdə verdiyi pozla diqqətləri üzərinə çəkməyi bacarıb.
O, paylaşımına “Əl, ayaq, boyun, hamısı daş-qaş. Ən sevdiyim və ən çox əmək tələb edən obraz. Başımdakı aksesuardan tutmuş, üzərimdə gördüyünüz hər şey, İlahə xanımın əl işidir” qeydini əlavə edib.
Qeyd edək ki, Səmranın anası İlahə xanım modelyerdir.
Səmranın açıq-saçıq geyiminə gələn şərhlərin əksəriyyətində müğənninin yeni obrazı barədə müsbət fikirlər yer alıb.
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-07-2021, 10:48