mobil versiya

Ev alan Xalq artisti prezidentə təşəkkür etdi




Bu gün prezident İlham Əliyevin göstərişinə əsasən, iki xalq artistinə ev verilib.

REPORTYOR.AZ xəbər verir ki, mənzil alanlardan biri Xalq artisti, tarzən Malik Mansurov, digəri isə onun qardaşı kamança ifaçısı Elşən Mansurovdur. Onların hər ikisi üçotaqlı mənzillə təmin olunublar.

Bu haqda saytımıza danışan 59 yaşlı Xalq artisti Elşən Mansurov ev sahibi olduğu üçün prezident İlham Əliyevə təşəkkür edib:

"Cənab prezidentimizə öz təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm, uzun ömür, cansağlığı arzu edirəm. Çox sevinirik. Allah hər kəsə qismət etsin. Artıq şəraitimiz yaxşılaşacaq".


SON XƏBƏR / KARUSEL
Tarix: 2-02-2022, 18:30