mobil versiya

"Seçkilərinin yüksək səviyyədə keçirilməsinin şahidi olduq" - Asiya Parlament Assambleyası



Fevralın 8-də Asiya Parlament Assambleyasının (APA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən müşahidə missiyasının rəhbəri Məhəmməd Reza Məcidi dünənki prezident seçkilərinin yüksək səviyyədə keçirilməsinin şahidi olduqlarını deyib.
Assambleyanın üzvü İlyas Topsakal isə qeyd edib ki, onlar Bakıda 6 dairədə, regionlarda isə bir neçə məntəqədə müşahidələr aparıblar.
“Azərbaycanda baş tutan seçkilərin təhlükəsizlik baxımından dünyada ən yüksək səviyyədə baş tutmuş seçki prosesi olduğunu deyə bilərik. Seçki prosesini aparan texniki işçilərin də prosesə çox yaxşı səviyyədə hazırlaşdığını müşahidə etdik. Səslərin sayılması prosesində də iştirak etmişik. Bu prosesdə Prezident İlham Əliyevin çox böyük sayda səs qazandığının şahidi olduq. Bu, demokratiya baxımından böyük uğurdur”, - deyə İ.Topsakal qeyd edib.


KARUSEL / GÜNDƏM
Tarix: 8-02-2024, 10:10