mobil versiya

Son bir ildə narkotik maddələrin qəbulu nəticəsində ölənlərin sayı açıqlanıb



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-cı il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər, 2023-cü il üzrə 172 nəfər təşkil edib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, 2023-cü il ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində 165-i kişi, 7-si qadın olmaqla ümumilikdə 172 nəfər (yanvar ayı-18 nəfər, fevral ayı-16 nəfər, mart ayı-25 nəfər, aprel ayı-9 nəfər, may ayı-14 nəfər, iyun ayı-10 nəfər, iyul ayı-20 nəfər, avqust ayı-12 nəfər, sentyabr ayı-14 nəfər, oktyabr ayı-13 nəfər, noyabr ayı-11 nəfər və dekabr ayı-10 nəfər) vəfat etmişdir ki, onlardan 18-20 yaşadək 2 nəfər, 21-29 yaşadək 23 nəfər, 30-40 yaşadək 60 nəfər, 41-50 yaşadək 58 nəfər, 50 yaş və ondan yuxarı isə 29 nəfər təşkil edir. 2022-ci illə müqayisədə ötən il aşırı doza nəticəsində ölənlərin sayı (249/172) 77 nəfər azalmışdır. Ümumilikdə son 8 il (2016- 2023) ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 1152 nəfər olub.



KARUSEL / CƏMİYYƏT
Tarix: 14-03-2024, 17:36