“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

İrsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü olaraq iştirak edərək, qan veriblər.

Qeyd edək ki, ötən aylarda da “AzerGold” QSC və törəmə şirkətləri tərəfindən könüllü qanvermə aksiyaları təşkil edilib. Ənənəvi olaraq hər il keçirilən bu nəcib aksiyalar ilə QSC və onun törəmə şirkətlərinin əməkdaşları müxtəlif qan xəstəlikləri olan insanların müalicəsinə öz dəstəklərini göstərməyə davam edirlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-08-2024, 11:45