mobil versiya

Son iki gündə İranda 36 nəfər edam edilib




Avqustun 6-7-də İranda 36 nəfər edam edilib. Onlardan 26-sı bir həbsxanada qrup şəklində edama məruz qalıb. 
Azadlıq Radiosu xəbər verir ki, bu barədə  avqustun 7-də insan haqları qrupu məlumat yayıb. Bundan bir gün öncə isə Qadın, Həyat, Azadlıq etirazlarında həbs edilən iranlı fəalın edamı beynəlxalq ictimaiyyət tərəfindən pislənilib.
Norveçdə yerləşən İran İnsan Haqları (İİH) təşkilatının məlumatına görə, ikisi əfqan olmaqla 26 nəfər Tehran yaxınlığındakı Kərəc şəhərində “Qızıl Hasar” həbsxanasında qətlə yetirilib.
İİH bildirir ki, İranda bu miqyasda qrup edamının misli görünməyib, sonuncu belə edam 2009-cu ildə baş verib.
Edam cəzasına məruz qalanlar qətl, narkotik və zorlama ittihamları ilə təqsirli bilinmişdilər. Bunu həm İİH, həm də İranda İnsan Haqları Mərkəzi bildirir.
İnsan haqları qrupları dəfələrlə İranı ölüm cəzasından 2022-ci il etirazlarından sonra cəmiyyətdə qorxu yaratmaq üçün istifadədə ittiham edib. Həmin il hicabı düzgün bağlamadığına görə saxlandığı bildirilən Məhsa Əmini polis nəzarətində vəfat edib və bundan sonra ölkəni kütləvi etirazlar bürümüşdü. 


KARUSEL / DÜNYA
Tarix: 8-08-2024, 13:09