mobil versiya

"Ağzından horra tökülür, "fişka" kimi..."- Ayanla Namiq dalaşdı




"Maşın” şounun dördüncü günü də qalmaqalsız ötüşməyib.

Bu dəfə müğənni Ayan Babakişiyeva və aşıq Namiq Fərhadoğlu mübahisə edib. Onlar nahar zamanı söz savaşına çıxıblar.

Aşıq Namiq Ayana qışqıra-qışqıra iradını bildirib:

“Özünü o qədər göylə aparırsan ki, nə olub, yekə qızsan. Elə bil Maykl Ceksonsan. Dünəndən səni yola verirəm, Kimsən sən? Adamını tanı. Sakit dururam, əsəbiləşdirirsən”.

Bu zaman Ayan “Səsinin tonunu aşağı sal. Ağzından horra tökülür. Hamıya xoflu-xoflu baxırsan. Səni “fışka” kimi ortaya atdılar” sözləri ilə ona qarşılıq verib.

İkilini şounun iştirakçıları sakitləşdirib.//Musavat.com 

MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-10-2019, 23:53